Bakı-Şamaxı yolunda qəza törədən sürücü hadisə yerindən qaçdı - DYP-dən AÇIQLAMA - VİDEO

Bakı-Şamaxı magistralında yol hərəkəti qaydalarını kobud şəkildə pozan “Niva” qəza törədib. Avtosfer.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qəzanın görüntüləri yolun sağ zolağında hərəkətdə olan “Mitsubishi” markalı avtomobilin videoqeydiyyatçısı vasitəsilə lentə alınıb.
Belə ki, sol zolaqla sürətlə gələn “Niva” markalı nəqliyyat vasitəsi qarşısındakı avtomobili keçmək üçün sağ zolağa sərt manevr edib və bu zaman “Mitsubishi” markalı avtomobilə sol tərəfdən çırpılıb. Qəza törədən sürücü heç nə olmamış kimi yoluna davam edərək hadisə yerindən uzaqlaşıb. Qəza şəraiti yaradan sürücünün bu cür məsuliyyətsiz davranışı şiddətlə qınanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru, polis leytenantı Elvin Hacıyev oxu.az-a bildirib ki, belə faktlarla üzləşən hərəkət iştirakçılar əllərində olan videosübutlarla BDYPİ-yə müraciət edə bilərlər.
“Qeyd edilən məsələnin araşdırılması və hadisəyə hüquqi qiymət verilməsi barədə zəruri addımlar atılacaq. Sözügedən videogörüntülərdə “Niva” markalı nəqliyyat vasitəsi yol hərəkəti qaydasını pozur. Bu davranışa görə həmin sürücüyə İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.6 maddəsinə əsasən 4 cərimə balı və 100 manat məbləğində cərimə protokolu tərtib ediləcək.
Həmin hadisədə zərərçəkən “Mitsubishi” markalı nəqliyyat vasitəsinin sürücüsünün videomaterialla birlikdə BDYPİ-yə müraciət etməsi tövsiyə edilir. Bəzi məlumatların dəqiqləşdirilərək məsələnin araşdırılması və yekun nəticə barədə ictimaiyyətə məlumat verilməsi təmin ediləcək”.
Həmin görüntüləri təqdim edirik:
İkinci cərgədə sərnişin düşürən avtobus sürücüsü ölümə səbəb oldu; hansı cəza gözləyir? – AÇIQLAMA - VİDEO
Bakıda minik avtomobili motosikletçini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Ağır qəza BAŞ VERDİ - ÖLƏN VƏ YARALANAN VAR
Bakı-Şamaxı yolunda iki maşın toqquşdu - FOTO
Lökbatanda mikroavtobus yük maşınına çırpıldı - VİDEO
Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - VİDEO - YENİLƏNİB
Tovuzda QƏZA: "Chevrolet" əvvəl "Opel"ə, sonra işıq dirəyinə çırpıldı - FOTO
Qadın sürücü ağır QƏZA TÖRƏTDİ - Xəsarət alanlar var
Qəbələdə "06" iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO
Xırdalan-Binəqədi yolunda zəncirvari qəza - VİDEO
ABŞ-də Tesla-nın avtopilotu ilə bağlı ölümcül qəza baş verib








