Bakı-Sumqayıt yolunda AVTOMOBİL AŞDI: 3 nəfər yaralanıb - VİDEO YENİLƏNİB

08.03.2024-cü il tarixində saat 18:13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsilə bağlı çağırış daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
Xəsarət alan 3 nəfər şəxs (2 kişi cinsli, 1 qadın cinsli olmaqla) qapalı kəllə-beyin travması ilə xəstəxanalara hospitalizasiya olunub.
Xəsarət alan 35 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 30 yaşlı kişi Respublika Neyrocərrahiyyə Xəstəxanasına, 25 yaşlı kişi isə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib.
*** Saat 18:34
Bakı-Sumqayıt yolunda avtomobil aşıb.
Hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib.
Nəqliyyat vasitəsi idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alanlar var.
Əraziyə DYP əməkdaşları və təcili tibbi yardım briqası cəlb edilib. Qəza səbəbindən yolda sıxlıq yaranıb. (APA)
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












