Yolun ortasında təkər dəyişənləri maşın vurub öldürdü - FOTOLAR - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin ata və oğul olduğu məlum olub.
Nasaz olan maşının təkərini düzətmək istəyən 1969-cu il təvəllüdlü Bayramov Azad Fəxrəddin oğlu və onun oğlu - 1990-cı il təvəllüdlü Bayramov Anar Azad oğlunu maşın vurub. Hadisə nəticəsində ata və oğul ölüb.
Fakt araşdırılır. (apa)
***
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən qəza baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, bir neçə gün əvvəl edilən xəbərdarlığa baxmayaraq, sürücünün məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi növbəti dəfə ağır faciəyə səbəb olub.
Belə ki, bu gün saat 06:50 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində “Mercedes” markalı, 99-FK-216 dövlət qeydiyyat nişanlı avtomobilin təkəri sıradan çıxdığı üçün sürücü nəqliyyat vasitəsini hərəkətdə olduğu ən sol zolaqda dayandırıb və zəruri təhlükəsizlik tədbirləri görmədən sərnişini ilə birgə nasazlığı aradan qaldırmağa çalışıb.
Bu zaman, arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən “Honda” markalı, 77-GF-549 dövlət qeydiyyat nişanlı avtomobil nasaz nəqliyyat vasitəsilə toqquşub. Nəticədə “”Mercedes” markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində həyatlarını itirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
“Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinə paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra nasazlığı aradan qaldırmağa başlamalı, texniki yardım istəməlidir”, - qurumun məlumatında qeyd edilib.
09:12
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Bakı-Sumqayıt şossesində qeydə alınıb.
Belə ki, paytaxt istiqamətində hərəkətdə olan “Honda” və “Mercedes-Benz” markalı minik avtomobilləri toqquşub.
“Mercedes-Benz” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək maşını beton arakəsməyə çırpıb.
Hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO














