Bakıda 2 nəfərin öldüyü hadisənin təfərrüatları– Maşında 5 nəfər olub

Dekabrın 12-də səhər saatlarında Bakı şəhər Sabunçu rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.
Avtosfer.az xəbər verir ki, yük avtomobilinin minik maşınları ilə toqquşması nəticəsində 2 nəfərin ölümü, daha 1 nəfərin isə ağır xəsarət alması faktı ilə bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 2 və daha artıq şəxsin ölümünə səbbə olduqda) maddəsi ilə iş açılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, ağır qəza 1965-ci il təvəllüdlü Arzu Ağarəşidovun idarə etdiyi “Howo” markalı yük maşınını Kürdəxanı qəsəbəsi ərazisində sola döndərərkən baş verib. Belə ki, yük maşını dönmə manevri edərkən onunla eyni istiqamətdə hərəkət edən və 1988-ci il təvəllüdlü Seymur Şahkərimovun idarə etdiyi “Mercedes C Class” markalı avtomobil arxadan ona çırpılıb. Daha sonra isə Həsən İsmayılovun sürdüyü “Nissan Sunny” də yük maşınına dəyərək dayanıb.
Hadisə nəticəsində “Mercedes”də olan 5 nəfərdən 3-ü ağır xəsarət alıb. Onlardan 1996-cı il təvəllüdlü Nəsirli Turxan Nizami oğlu və şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş digər sərnişin hadisə yerində vəfat edib. Daha bir sərnişin isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Publika.az
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var











