Bakıda 4 avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

Bakının Nəsimi rayonunda yol qəzası zamanı 2 nəfər xəsarət alıb.
Hadisə Xan Şuşinski və Vaqif küçələrənin kəsişməsində qeydə alınıb.
“Nissan” markalı avtomobilin sürücüsü 4 yol ayrıcından keçərkən Vaqif küçəsində hərəkətdə olan “Hyundai” və “Lada” markalı maşınlara çırpılıb. “Nissan”ın sürücüsü sükana nəzarəti itirib. Maşın əvvəlcə yol kənarında dayanan “Fiat” markalı avtomobilə, daha sonra ağaca çırpılaraq dayanıb. Qəza zamanı “Hyundai” və “Lada” markalı maşınların sürücüləri Ruslan Ağayev və Cavid Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Qeyd edək ki, ötən ay bu ünvanda, yəni Xan Şuşinski və Vaqif küçələrinin kəsişməsində qəza zamanı 3 nəfər ağır xəsarət almışdı.(apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
















