Bakıda 74 yaşlı kişini avtomobil vurub öldürdü - VİDEO

Ötən gün Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı məlumatı hadisə şahidləri veriblər.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarənin bölmə rəisi Toğrul Nəsirli Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, baş verən yol nəqliyyat hadisəsi zamanı bir nəfər həyatını itirib.
“3 may saat 11:30-da paytaxtın Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü piyadaların hərəkəti üçün nəzərdə tutulmayan yerdən yolu keçən 1950-ci il təvəllüdlü Bakı şəhər sakini Həsənağa Bayramovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır”, - deyə məlumatda bildirilir.
Videonu təqdim edirik:
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












