Bakıda ağır QƏZA: 3 avtomobil TOQQUŞDU – FOTO

Qəzalar 11 Noyabr 2023 18:20
Bakıda ağır QƏZA:  3 avtomobil TOQQUŞDU – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda zəncirvari yol qəzası baş verib.

Avtosfer.az-ın verdiyi xəbərə görə, qəza Heydər Əliyev Sarayının qarşısında qeydə alınıb.

İlkin məlumata görə, “Range Rover” markalı avtomobillə “BMW” markalı maşın toqquşub.

Qəza zamanı 3 avtomobilə ziyan dəyib, ölən və xəsarət alan olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bizim.Media

Oxunub : 942
ŞƏRH YAZ
Ad

E-mail

Şərh