Bakıda bahalı qəza: Beş avtomobil bir-birinə çırpıldı - VİDEO

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxs var.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli faktı təsdiqləyib. O qeyd edib ki, zəncirvari qəza mayın 5-də saat 22:00-da Biləcəri qəsəbəsində, Rəşid İsmayılov küçəsində qeydə alınıb.
Hadisə Yusif Vəliəhməd oğlu Sadıqovun idarə etdiyi "KamAZ" markalı 10-LU-285 dövlət nömrə nişanlı yük avtomobili, "Mercedes" markalı 90-FP-262 dövlət nömrə nişanlı yük avtomobili, "Honda" markalı 77-ML-360 dövlət nömrə nişanlı, "Lexus" markalı 10-KY-922 dövlət nömrə nişanlı və "Prado" markalı 90-CV-944 dövlət nömrə nişanlı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.
Nəticədə "KamAZ" markalı yük avtomobilinin sürücüsü xəsarət alıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO












