Bakıda qadın sürücü avtomobillə piyadanı vurdu
Qəzalar
20 Noyabr 2015 11:22

Xəsarət almış Tofiq Məhərrəmov həmin xidmətin avtomobili ilə xəstəxanaya çatdırılıb
Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, yolu keçmək istəyən piyada Tofiq Məhərrəmovu “KIA” markalı nəqliyyat vasitəsi Xətai rayonunun Nobel prospektinə düşən hissəsində vurub. Sonradan avtomobilin sürücüsü bu barədə Təcili tibbi yardım xidmətinə məlumat verib. Xəsarət almış Tofiq Məhərrəmov həmin xidmətin avtomobili ilə xəstəxanaya çatdırılıb və ona həkim yardımı göstərilib. Hadisəni törətməkdə şübhəli bilinən sürücü polis tərəfindən saxlanılıb və Xətai rayon polis idarəsinin istintaq şöbəsinə dəvət olunub. Onun avtomobili isə cərimə meydançasına yerləşdirilib. Avtoqəza ilə əlaqədar avtotexniki ekspertizanın təyin ediləcəyi də istisna deyil.
Oxunub : 1559
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
ŞƏRH YAZ












