Bakıda sürücülər svetoforları belə məhv edirlər - NİİM-dən REAL VİDEOlar

Bakıda baş verən bir neçə yol-nəqliyyat hadisələri Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təhlükəsiz şəhər kameraları ilə qeydə alınıb. Həmin qəzalarda yol infrastrukturuna ciddi ziyan dəyməsi də görüntülərə aydın şəkildə əks olunub.
Bakı şəhərinin mərkəzi küçə və prospektlərində olan svetoforlar birbaşa olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur və müşahidə kameraları vasitəsilə yollara nəzərət edilir. Qurumun mətbuat katibi Ömər Xıdırov Avtosfer.az-a bildirib ki, svetoforların iş rejimində problem yarandıqda kameraların köməyi ilə qeydə alınır və aradan qaldırılması üçün əməkdaşlar əraziyə göndərilir. Ancaq svetoforlarla bağlı elə problemlər var ki, bu problemi elə sürücülərin özləri yaradırlar. Məsələn, bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi, eləcədə də qaydalara əməl etməməsi səbəbindən yol-nəqliyyat hadisələri baş verir, nəticədə də svetoforlar və onların idarəetmə qutusu yararsız vəziyyətə düşür, ən yaxşı halda isə zərər görür. Xatırladaq ki, ötən il ərzində paytaxtın müxtəlif küçə və prospektlərində qeydə alınan yol-nəqliyyat hadisələri zamanı 41 svetofor yararsız vəziyyətə düşüb. Həmin svetoforlar qısa zamanda yeniləri ilə əvəz olunub. Yol hərəkəti iştirakçılarından xahiş edirik ki, qaydalara əməl etsinlər. Ümumilikdə isə paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert












