Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA

Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhlizin inkişafı istiqamətində birgə fəaliyyət planı hazırlayır. Bu əməkdaşlığın əsas məqsədi regionun tranzit imkanlarını genişləndirmək, beynəlxalq yükdaşımaların həcmini artırmaq və nəqliyyat-logistika infrastrukturunun səmərəliliyini yüksəltməkdir. Layihənin reallaşması Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinə də təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, Orta Dəhlizin inkişafı region ölkələri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs bu əməkdaşlıq Azərbaycanın tranzit imkanlarını necə genişləndirəcək və yükdaşımaların həcmini artırmaq üçün hansı infrastruktur layihələrinə ehtiyac var?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, infrastruktur baxımından hər üç ölkədə dəmir yollarının modernləşdirilməsinə, limanların genişləndirilməsinə, yükdaşıyan gəmilərin və vaqon parkının artırılmasına ehtiyac var:

''Azərbaycanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun inkişafı və Ələt logistika mərkəzinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qazaxıstanda Aktau və Kurık limanlarının, Gürcüstanda isə dəmir yolu və Qara dəniz limanlarının imkanlarının artırılması vacibdir. Mövcud infrastruktur müəyyən yük həcmini qarşılasa da, gələcək artım üçün tam yetərli hesab edilə bilməz. Dünya Bankının qiymətləndirməsinə görə, dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün limanlara, dəmir yollarına və logistika sistemlərinə əlavə investisiyalar lazımdır. Burada yalnız fiziki infrastruktur deyil, gömrük prosedurlarının sadələşdirilməsi, vahid rəqəmsal sistemin yaradılması və tariflərin uzlaşdırılması da mühüm rol oynayır. Əsas məqsəd Orta Dəhlizi sadəcə tranzit marşrutu deyil, beynəlxalq ticarətin etibarlı və rəqabətqabiliyyətli logistika xəttinə çevirməkdir''.
Fatimə
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı












