Bakını gecə ilə bir-birinə qatan sürücüyə CƏZA VERİLDİ - VİDEO

Ötən il 29 sentyabr tarixində gecə saatlarında Səbail rayonunda polisə tabe olmayaraq yük maşınını sərxoş vəziyyətdə idarə edən və 7 avtomobili əzən şəxsin məhkəməsi başa çatıb.
1983-cü il təvəllüdlü Yaşar Muradov Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) və 234.1 (Narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham edilib.
Səbail Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Y.Muradovu yol polisi əvvəlcə Salyan şossesində saxlayıb. Lakin orada mübahisə baş verdiyindən Çevik Polis Alayının əməkdaşları çağırılıb. Bundan sonra Muradov idarə etdiyi “Mercedes Actros” markalı yük avtomobilinə əyləşərək oradan uzaqlaşıb. Polislər onu təqib edərkən Y.Muradov yük avtomobilini Bayıl qəsəbəsinin dar küçələrinə salıb. Nəticədə iriqabaritli yük avtomobili Litvin Babayev küçəsində 7 avtomobili əzib.
Belə ki, vətəndaşlara məxsus “Hyundai Sonata”, “Changan CS 85”, “Hyundai Elantra”, “Mercedes-Benz”, “Mercedes-Benz E Klass”, “Nissan Micra” markalı, eləcə də Muradovun sürücü işlədiyi şirkətin yük maşınına xeyli ziyan dəyib.
Hadisə vaxtı polislər Y.Muradovu atəş açmaq hesabına saxlaya biliblər. Həmçinin Bayıl qəsəbə sakinləri maşınları əzən yük maşınının sürücüsünə hücum ediblər.
Səbail Rayon Məhkəməsi sürücüyə qarşı narkotik ittihamını qəbul etməyib və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə bəraət verilib.
Y.Muradova Məcəllənin 221.2.2-ci maddəsinə əsasən, 1 il 4 ay müddətinə həbs cəzası verilib.(qafqazinfo)
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












