Bakının ən çox piyada ölümü baş verən üç prospekti – ÜNVANLAR

"Bu ilin 3 ayı ərzində Bakıda ölüm və xəsarətlə nəticələnən 90 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində ölənlərin sayı 33, xəsarət alanların sayı isə 72 nəfər olub". Avtosfer.az xəbər verir ki, bu sözləri “baku.ws”ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib.
O əlavə edib ki, ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 10 fakt (10 %), ölənlərin sayı 15 nəfər (31,2 %), xəsarət alanların sayı isə 5 nəfər (6,5 %) azalıb: "Cari ilin 3 ayı ərzində paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə yol-nəqliyyat hadisələri daha çox Heydər Əliyev, Ziya Bünyadov və Qara Qarayev prospektlərində qeydə alınıb. Təəssüflər olsun ki, baş verən yol-nəqliyyat hadisələri piyadaların iştirakı ilə qeydə alınır. Bu istiqamətdə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq piyadalar onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan yeraltı, yerüstü və bərabər səviyyəli piyada keçidlərindən istifadə etmirlər.
Onların hərəkəti üçün nəzərdə tutulmayan yerlərdən keçərək həm özləri, həm də digər hərəkət iştirakçılarının, xüsusilə sürücülərin həyat və sağlamlıqlarını təhlükəyə atırlar. Apardığımız müşahidələr göstərir ki, qəzaların əksəriyyəti sutkanın işqlandırılmayan vaxtı və piyada keçidlərinin düz yaxınlığında baş verib.
Sürücülər xahiş və tələbimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər, sürət həddini aşmasınlar, ara məsafəsini saxlasınlar və lüzumsuz manevrlər etməsinlər. Bu kimi qaydaların pozulması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə girib çıxarır".
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu












