Biləcəridə qəza: Halı pisləşən sürücü qəza törətdi, yol iflic oldu - VİDEO
Qəzalar
28 Oktyabr 2025 12:00

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 28-də səhər saatlarında Yəhya Hüseynov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-LO-919 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşını, “Toyota” markalı avtomobillə toqquşub. Qəzaya səbəb sükan arxasında “Toyota” sürücüsünün halının qəfil pisləşməsi olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Qeyd edək ki, qəzadan sonra yolda uzunmüddətli tıxac yaranıb. Qəzalı yük maşını evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.
Nərmin
Oxunub : 1362
DİGƏR XƏBƏRLƏR
21 Noyabr 2026 14:00
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
20 Noyabr 2026 18:00
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
20 Noyabr 2026 16:18
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
20 Noyabr 2026 16:15
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
20 Noyabr 2026 13:30
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
20 Noyabr 2026 12:36
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
20 Noyabr 2026 12:03
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
20 Noyabr 2026 09:30
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
19 Noyabr 2026 15:11
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
19 Noyabr 2026 14:11
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
19 Noyabr 2026 13:30
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
19 Noyabr 2026 12:36
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
ŞƏRH YAZ












