Biləsuvarda 17 yaşlı gənc atasının “NİVA”sını AŞIRDI: Xəsarət alanlar var - FOTO

Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Avtosfer.az-ın verdiyi xəbərə görə hadisə, Biləsuvar- Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.
2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus "Niva" markalı avtomobili idarə edərkən idarəertməni itirib, yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Daha sonra avtomobil aşıb.
Qəzada, sürücü və nəqliyyat vasitəsində sərnişin qismində olan 2011-ci il təvəllüdlü T.Əlizadə xəsarət alıblar. Hər iki şəxs təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.
Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapallı kəllə beyin travması alan T.Əlizadə daha sonra ixtisaslaşmış xəstaxanalardan birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.


Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO











