"İkinci əl" avtomobillərin satışı üçün yeni prosedur

"İkinci əl" avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilerlər tərəfindən istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə olunan ikinci əl avtomobillərin satışı zamanı 3 il müddətinə əlavə dəyər vergisinin (ƏDV) ticarət əlavəsindən hesablanması təklif olunur.
Qeyd edilib ki, diler şəbəkələri ilə keçirilmiş görüşlər zamanı qaldırılan əsas məsələlərdən biri istehsal tarixi 5 ildən artıq olmayan "ikinci əl" avtomobillərin alqı-satqısı əməliyyatları üzrə yaranan ƏDV yükünün yüksək olması ilə bağlı olub. Hazırda rəsmi dilerlərdə tətbiq olunan şirkətdaxili siyasətə uyğun olaraq bu cür avtomobillərin satışı komisyon ticarəti formasında deyil, nəqliyyat vasitəsinin diler tərəfindən yenidən alınması və sonradan satılması kimi rəsmiləşdirilir. Nəticədə sözügedən əməliyyatlar üzrə ƏDV satışın tam dəyərindən hesablanır ki, bu da faktiki olaraq yalnız dilerin əldə etdiyi ticarət əlavəsinə deyil, avtomobilin ümumi qiymətinə vergi yükünün düşməsinə səbəb olur.
Bu yanaşma eyni iqtisadi mahiyyət daşıyan komisyon ticarəti ilə müqayisədə rəsmi dilerlər üçün daha ağır vergi yükü yaradır, ikinci əl avtomobil bazarında qiymətlərin artmasına, rəsmi satış kanallarının rəqabət qabiliyyətinin azalmasına və qeyri-rəsmi dövriyyənin stimullaşmasına şərait yaradır.
Qeyd olunanları nəzərə alaraq, istehsal tarixi 5 ildən artıq olmayan "ikinci əl" avtomobillərin rəsmi diler şəbəkələri tərəfindən alqı-satqısı zamanı ƏDV-nin yalnız ticarət əlavəsindən (marjadan) hesablanması məqsədəuyğun hesab olunur. Bu yanaşma vergitutmanın iqtisadi mahiyyətinə uyğun olmaqla yanaşı, rəsmi avtomobil bazarının inkişafına, şəffaflığın artırılmasına və vergi daxilolmalarının orta və uzunmüddətli perspektivdə artmasına xidmət edəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - QİYMƏTLƏR
"Honda"nın bir milyondan çox avtomobili yoxlanılacaq
Diplomatların avtomobilləri və əmlakları satışa çıxarılır – SƏBƏB
ABŞ-nin Bakıdakı səfirliyi əşyaları və avtomobilləri ucuz qiymətə satışa çıxardı - FOTOLAR
Dünyanın ən məşhur hiperkarlarından birinin kiçik versiyası hazırlandı - FOTO
"Tesla"nın əməkdaşları müştəriləri izləyiblərmi?
“Toyota” yarım əsrlik modelin dizaynını dəyişmədi
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...












