Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO

Operativ nəqliyyat vasitəstələrinə yol verən sürücülərə maneə yaratmayın!
Paytaxt yollarında müşahidə edilən və təəssüf doğuran hallardan biri də bəzi sürücülərin operativ nəqliyyat vasitələrinin arxasınca ara məsafəsi gözləmədən hərəkət etməsi və həmin avtomobillərə yol verən sürücülərə qarşı məsuliyyətsiz davranış nümayiş etdirməsidir.
Belə ki, qaydalara əməl edən əksər sürücülər operativ nəqliyyat vasitələrinə yol vermək üçün zolağı boşaldır, daha sonra isə öz zolaqlarına qayıtmaq istəyirlər. Lakin həmin avtomobillərin arxasınca hərəkət edən bəzi sürücülər yaranmış boşluqdan istifadə edərək digər nəqliyyat vasitələrinə yol vermir, onların zolağa qayıtmasına mane olurlar.
Bu cür məsuliyyətsiz davranış təkcə sürücülər arasında narazılıq yaratmır, eyni zamanda təhlükəli manevrlər, qəfil əyləcdən istifadə qəza riskini artırır, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hər bir sürücünü yollarda qaydalarla yanaşı, qarşılıqlı hörmət prinsiplərinə əməl etməyi tövsiyə edir.
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS












