Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO

Paytaxtın Buzovna qəsəbəsində qayda pozan piyada avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 17-də saat 18:19 radələrində Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.
Kadrlardan görünür ki, yaşlı kişi işıqforun qadağanedici işığına məhəl qoymadan qaçaraq yolu keçməyə çalışıb. Bu zaman yaxınlaşan avtomobilin sürücüsü qəfil təhlükə ilə üzləşib. Piyada son anda dayanaraq avtomobillə toqquşmaqdan qurtulub.
Təəssüf ki, bəzi piyadalar nizamlanan piyada keçidlərində yolun onlar üçün nəzərdə tutulduğunu əsas gətirərək işıqforun siqnallarına məhəl qoymurlar. Halbuki piyada keçidinin mövcudluğu qadağanedici işıqda yolu keçmək hüququ vermir. Yol hərəkəti qaydalarına əsasən, piyadalar yalnız onlar üçün icazə verilən işıq siqnalı yandıqda hərəkətə başlamalıdırlar. Bir anlıq səbirsizlik həm özlərinin, həm də yolda olan digər hərəkət iştirakçılarının həyatını təhlükəyə ata bilər.
Nərmin
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO












