Binadan qopan daş parçası avtomobilin üstünə düşdü

Ötən gün əsən güclü külək nəticəsində binadan qopan üzlük parçası Mingəçevir sakininin avomobilinin üstünə düşüb. Avtosfer.az eltv-yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nigar Rəfibəyli 13/1 ünvanında baş verib.
Ramil Qəhrəman oğlu Şəfiyev "VAZ 21099" markalı avtomobili yaşadığı 12 mərtəbəli binanın qarşısında saxlayıb. Binanın üzlük hissəsi olan materialın bir hissəni maşının üstünə düşüb. Bu zaman güclü səs eşidən Ramil Şəfiyev və atası həyətə düşüblər. Onlar maşının əzildiyini görüblər.
Qeyd edək ki, həmin binanın bəzi yerlərində üzlük hissələr aralanıb, pəncərə qırılıb. "Saat 12-yə işləmişdi. Birdən gördüm ki, bərk səs gəldi. Biz 2-ci mərtəbədə oluruq. Baxanda gördüm ki, şifer dağıldı, töküldü. Aşağı düşdük. Gördük ki, bizim maşının üstünə düşüb. Birinci bilmədik haradan düşüb. Binaların üstünə, qıraqlarına baxanda gördüm ki, 11-ci mərtəbədən, qabaq tərəfdən gəlib", - deyə avtomobil sahibinin atası Rafiq Şəfiyev bildirib.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ












