Əks yola çıxan “Mercedes” sürücüsü qəza törətdi, xəstəxanalıq oldu - RƏSMİ - VİDEO

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəza fevralın 25-də saat 13:00 radələrində qeydə alınıb: “Yol-nəqliyyat hadisəsi Mingəçevir-Bəhramtəpə yolunun Bərdə rayonu Mehrili kəndi ərazisindən keçən 67-ci kilometrliyində baş verib. Belə ki, sürücü - Ağcabədi rayonu Qarabəyli kənd sakini Bayramov Əzizağa Hümbət oğlunun idarə etdiyi 20-EN-827 “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən əks istiqamətli yola çıxıb. Bu zaman o, qarşı tərəfdən gələn sürücü 1991-ci il təvəllüdlü Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yaşayan Abbasov Fariz Sofu oğlunun idarə etdiyi 90-XN-630 dövlət nömrə nişanlı “Mitsubishi” markalı maşınla toqquşub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsi sıradan çıxıb, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü - Ə.Bayramov Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma davam edir”.
Nərmin
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












