Ələt-Astara yolunda 2 TIR toqquşdu, ölən var - VİDEO

Bu gün saat 10:18 radələrində Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisində baş vermiş avtoqəza ilə əlaqədar xəsarət alan 1995-ci il təvəllüdlü və 1965-ci il təvəllüdlü 2 nəfər (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili yardım vasitəsilə daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, yaralılara travmatik amputasiya, başın təpə nahiyəsi və sol gicgah nahiyəsinin irihəcmli kəsilmiş, cırılmış yarası diaqnozları təyin edilib.
Xəsarət alanlardan biri dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, vətəndaş vəfat edib.
Digər vətəndaşa zəruri tibbi yardım göstərilib vəziyyəti stabil olaraq qiymətləndirilir.
***
Ələt-Astara avtomobil yolunda baş vermiş qəzanın detalları məlum olub.
Qəza yük avtomobillərinin bir-birinə çırpılması nəticəsində baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Qəza nəticəsində ölən şəxs 1995-ci il təvəllüdlü Vüqar Əsgərlidir. Xəsarət alan şəxs isə Tofiq Salahlıdır.
***
Ələt-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Videodan görünür ki, hadisə nəticəsində iki yük avtomobili toqquşub. TIR-lara ciddi ziyan dəyməklə bərabər onların yükləri yolun hərəkət hissəsinə dağılıb və digər avtomobillər üçün maneəyə səbəb olub.
Hadisənin görüntülərini təqdim edirik:
(oxu.az)
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












