Ərşad Hüseynov Şuşada 5 nəfərin öldüyü qəzadan yazdı: "Asfalt azca yaş olanda..."

"Şuşa rayonunun Daşaltı kəndi ərazisində baş verən, 5 nəfərin yanaraq həlak olması, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsi əvvəllər toxunduğumuz bir məsələyə təkrar-təkrar dönməyi zəruri edir." Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov öz sosial media hesabında yazıb. Hüquqşünas qeyd edib ki, bu hadisə sərt eniş-yoxuşlu yol sahəsində baş verib. "Azad edilən ərazilərimizdə belə yollar çoxdur: Zəfər yolu, Murov yolu, Kəlbəcər-Laçın yolu. Minkənd-İstisu yolu, rayonlarımızın ərazilərindəki onlarca digər yollar. Həmin yollar burada hərəkət edən sürücülərdən yüksək peşəkarlıq tələb edir. Sürücülər ilk növbədə avtomobillərinin texniki vəziyyətinə, xüsusən tormoz sisteminə, təkərlərinə, sükan mexanizminə çox diqqətlə yanaşmalıdırlar. Yolda hərəkət vaxtı sərt enişdə iş tormozundan istifadə etmədən, mühərriklə tormozlamadan və başqa yardımçı funksiyalardan istifadə etməlidirlər. Enişlərdə sürətə çox diqqətlə yanaşmalıdırlar, şəraitə uyğun olmayan sürətdə heç bir müasir funksiya sürücüyə kömək edə bilməz."
Ərşad Hüseynov bildirib ki, sürücülər yoxuşlarda avtomobili qovmamalıdırlar, yenə də şəraitə uyğun sürətlə, mühərriki çox yükləmədən, yardımçı funksiyalardan istifadə etməklə hərəkət etmək lazımdır.
"Yol şəraitinə də xüsusi diqqət yetirmək vacibdir. Dağlarımızda ilin istənilən vaxtı, xüsusən də bu vaxtlar, duman, çiskin, yağıntı ola bilər. Bir azdan qar-buz da olacaq. Bundan əlavə, ərazilərdə tikinti getdiyindən asfalt örtüyü olan yolların da çox yerində yola səpələnmiş torpaq, qum, tikinti texnikasının təkərlərindən bulaşmış palçıq var. Belə asfalt azca yaş olanda çox ciddi sürüşmə effekti yaradır. Sürücülər bütün bunları hər zaman nəzərə almalıdırlar."
Hüquqşünas onu da əlavə edib ki, azad edilən ərazilərdə çalışan təşkilatlar da yol hərəkəti təhlükəsizliyinə çox ciddi yanaşmalıdırlar. Bu işdə laqeydlik çox baha başa gəlir.
"Hər bir halda diqqətli olun. Özünüzü və başqalarını qoruyun. Daim düzgün hərəkət edin".
Şahin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












