Banner

Gəncədə ağır QƏZA - Kuryer xəstəxanalıq oldu

Qəzalar 28 Fevral 2025 22:12 Oxunub 882
Gəncədə ağır QƏZA - Kuryer xəstəxanalıq oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncədə avtomobil motosikletlə toqquşub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Ozan küçəsində, Azərbaycan Aqrar Universitetinin Mühəndislik fakültəsinin binasının qarşısında baş verib.
Hərəkətdə olan “Mersedes” markalı avtomobillə kuryer fəaliyyəti ilə məşğul olan motosikletçi toqquşub.

Şahidlərin sözlərinə görə hadisə zamanı kuryerin ayağı sınıb və onu xəstəxanaya aparıblar. 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh