Gəncədə kuryer faciəli qəzada həyatını itirdi - YENİLƏNİB

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Cəvahir Dəmirçiyevanın idarə etdiyi “Chevrolet” markalı minik avtomobili ilə hərəkətdə olarkən, 2009-cu il təvəllüdlü Yusif Babayevin idarə etdiyi mopedlə toqquşub.
Qəza zamanı ağır xəsarətlər alan moped sürücüsü dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, həyatını itirən yeniyetmə kuryer fəaliyyəti ilə məşğul olub.
Yusif Babayevin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Müayinə başa çatdıqdan sonra meyit ailəsinə təqdim olunub.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












