Banner

Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı

Hadisə 14 Noyabr 2026 20:00
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
WhatsApp kanalımıza abunə olun

Nərimanov rayonunda yerləşən kafelərdən birində baş vermiş insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, ötən gün Nərimanov rayonunun Böyükşor qəsəbəsi ərazisində insident qeydə alınıb.

Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

 

Oxunub : 86
ŞƏRH YAZ
Ad

E-mail

Şərh