Gəncədə zəncirvari QƏZA: Xəsarət alanlar var – FOTO
Qəzalar
28 Noyabr 2023 13:29
Oxunub 820

Gəncədə zəncirvari qəzada 4 avtomobil toqquşub, xəsarət alanlar var.
Avtosfer.az-ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində baş verib.
Hərəkətdə olan iki "Mercedes", "VAZ-2104" və "Chevrolet" markalı minik maşınları toqquşub.
Yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparırılır.
Bizim.Media


ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













