Göyçayda yolkənarı baş verən yanğın avtomobil qəzasına səbəb olub

Göyçay rayonunda yol kənarında kol-kosun yanması avtomobil qəzasına səbəb olub.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə iyulun 13-də saat 17:30 radələrində rayonun Şıxbəyli kəndindəki yolda baş verib. Belə ki, böyük ərazini əhatə edən yanğının törətdiyi qatı duman hərəkətdə olan avtomobillərin sürücüləri üçün ciddi çətinliklər yaradıb. Rayon sakini 1961-ci il təvəllüdlü İlqar Mahmud oğlu Vəliyev də bu səbəbdən qəza törədib. O, idarə etdiyi “AzSamand” minik avtomobili ilə yolda hərəkətdə olarkən qatı duman səbəbindən qəzaya düşüb. Avtomobil yoldan çıxaraq yanan kol-kos ərazisinə aşıb. Sürücü İlqar Vəliyev ağır xəsarət aldığı üçün hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Avtomobil isə yanaraq yararsız hala düşüb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO











