Göygöldə AĞIR QƏZA: Xəsarət alanların son durumu AÇIQLANDI - FOTO

Göygöl rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 23-ü, saat 13:30-da Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar iki nəfər (kişi cinsli) hospitalizasiya olunub.
"1988-ci il təvəllüdlü şəxsə sol qulağın sıyrılmış yarası, sol diz və baldırın sıyrılmış yarası, kürək nahiyəsinin küt travması, 1993-cü il təvəllüdlü şəxsə isə burunun və çənənin kəsilmiş yarası, sol dirsək nahiyəsinin kəsilmiş-deşilmiş yarası, sol topuq nahiyəsinin hematoması və əzilməsi diaqnozları təyin edilib.
Zəruri tibbi xidmətlər göstərilən şəxslərin vəziyyəti stabil olub. Onlar ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
***
Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Oxu.az-a daxil olan məlumata görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) cavab olaraq fakt təsdiqlənib.
Qeyd olunub ki, hadisə mayın 23-ü, saat 13:00-da Göygöl şəhəri ərazisində qeydə alınıb.
"Elmar Elgün oğlu Qurbanovun idarə etdiyi 25-BX-619 dövlət nömrə nişanlı "Great Wall" markalı avtomobillə Altun Füzuli oğlu Hacıyevin idarə etdiyi 02-BO-782 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "Great Wall" markalı avtomobilin sürücüsü xəsarət almayıb. VAZ-2107 markalı avtomobilin sürücüsü Altun Hacıyev, sərnişinləri Mehdiyev Hüseyn Əli oğlu və Haqverdiyev Eşqin Racəddin oğlu isə xəsarət alıblar. Hadisənin baş verməsinə ilkin ehtimal kimi "Great Wall" markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusuna yol verməsi göstərilir. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Tovuzdakı qəzada həyatını itirən qazinin - FOTOsu
"Babək"də yük avtomobili mağazaya çırpıldı; obyektə və maşına ziyan dəydi - VİDEO
DƏHŞƏTLİ QƏZA: 15 yaşlı yeniyetmə və 9 yaşlı uşaq öldü - FOTO
Ağır TƏYYARƏ QƏZASI - ÖLƏNLƏR VAR - YENİLƏNİB
Balaxanıda “Prius” işıq dirəyinə çırpıldı - VİDEO
Bakının mərkəzində zəncirvari qəza; “Prius”, “KIA” və Changan” toqquşdu - VİDEO
Beyləqanda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı - FOTOLAR
İdarəetmədən çıxan “Mercedes” beton maneənin üzərinə dırmandı - VİDEO
Naxçıvanda “BMW” ilə toqquşan “Hyundai” tanınmaz hala düşdü - VİDEO
Aeroport şosesində dəhşətli qəza - ANBAAN VİDEO
Bakıda "Qazel" motosikletlə toqquşdu: Ölən var










