Banner

Şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - FOTO

Xəbərlər 17 Noyabr 2026 19:31
Şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib?  - FOTO
WhatsApp kanalımıza abunə olun

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçiriblər.

Avtosfer.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, aparılan yoxlamalar zamanı 6 şadlıq sarayında vəziyyət qənaətbəxş qiymətləndirilib, 41 obyektdə isə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb.

Belə ki, bir sıra obyektlərdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi müəyyənləşib. Həmçinin toy mərasimlərində təqdim olunan ət məhsulları ilə yoxlamaya təqdim edilən müşayiətedici baytarlıq sənədlərindəki məlumatların uyğun gəlmədiyi və digər nöqsanlar aşkarlanıb.

Bundan başqa, "Manisa", "Meridian Luks", "Mirana", "Vegas City Hall" və "Sarı Gəlin" şadlıq saraylarında, eləcə də "Stolovaya №8" iaşə müəssisəsində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir məlumatın qeyd olunmadığı müəyyən edilib.

Eyni zamanda, dörd şadlıq sarayında - "Çıraq Palace", "Meridian Luks", "Mirana" və "İnci"də istehlakçılara süni kürü təqdim edildiyi halda, bu barədə menyuda müvafiq qeydin olmadığı aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib. Ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Nəzarət tədbirləri davam etdirilir.

FOTO QALEREYA
Oxunub : 68
ŞƏRH YAZ
Ad

E-mail

Şərh