Hacıqabulda ağır qəza: “Ford” “KamAZ”a çırpıldı: Xəsarət alan var - AÇIQLAMA + FOTO - VİDEO

Hacıqabul rayonunun Atbulaq kəndindən keçən ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb.
Məlumatda bildirilir ki, qəza “Ford Transit” markalı nəqliyyat vasitəsinin “KamAZ” markalı nəqliyyat vasitəsinə çırpılması nəticəsində baş verib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev oxu.az-a bildirib ki, sözügedən hadisə sürücünün idarəetməni itirməsi səbəbindən baş verib:
“30 aprel tarixində səhər saat 04:00 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhəddi yolunun 75-ci km-də Mehman Məmmədhüseynzadənin idarə etdiyi “Ford Transit” markalı 77-KB-973 nömrə nişanlı nəqliyyat vasitəsinin öndə hərəkət edən Nəbi Alşanovun idarə etdiyi “KamAZ” markalı 36-BB-908 nömrə nişanlı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Hadisə “Ford Transit” markalı nəqliyyat vasitəsinin sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib. Nəticədə “Ford Transit” markalı avtomobilin sərnişini 2005-ci il təvəllüdlü Əmrah Vəliyev xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır”.
Videonu təqdim edirik:
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












