Helikopter hərəkətdə olan avtomobilə çırpıldı

İspaniyada havaya qalxan helikopter güclü fırtına səbəbindən magistral yolda avtomobilə çırpılıb.
Avtosfer.az xəbər verir ki,qəza nəticəsində helikopterdə olan iki nəfər və nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.
İspaniyanın paytaxtı Madriddə güclü külək səbəbindən helikopter magistral yolda avtomobilə çırpılıb. Alınan xəsarətlərin həyati təhlükəsinin olmadığı bildirilib.Fövqəladə hallar xidmətinin sözçüsü bildirib ki, helikopterdə iki nəfər olub, onlardan biri vertolyotun qalıqları altından çıxa bilib, digəri isə yanğınsöndürənlər tərəfindən dağıntılar altından xilas edilib. Sağ qalanlardan birinin yüngül kəllə-beyin travması aldığını, digərinin bud sümüyü sınıb, üçüncünün isə yüngül xəsarət aldığını bildirib. Helikopter avtomobillərin sıx olduğu magistralda qəzaya uğrasa da, hadisə zamanı insan itkisi olmayıb.
big.az
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












