“Hyundai” “ISUZU” ilə toqquşdu: 4 nəfər xəsarət aldı - FOTO

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili qarşıdan gələn “ISUZU” markalı yük avtomobili ilə toqquşub. Toqquşmanın təsirindən yük avtomobili aşıb, “Hyundai” isə yoldan çıxaraq yol kənarına düşüb.
Qəza zamanı “Hyundai”də olan 4 nəfər – sürücü, Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdlü Rəhimov Göyüş Tahir oğlu, sərnişinlər – 1958-ci il təvəllüdlü Abdullayeva Gülsənəm Abı qızı, 1986-cı il təvəllüdlü Abdullayeva Sevda Adil qızı və 2003-cü il təvəllüdlü Bayramlı Vüqar Cövdəd oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Goranboyda ağır qəza - Ölənlər var
68 yaşlı motosiklet sürücüsü qəzada ÖLDÜ
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Xalq artisti yol qəzası keçirib, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VİDEO
Zaqatalada maşın ağaca çırpıldı - Sürücü yanaraq ÖLDÜ
Bakıda dəhşətli qəza: “BYD” ilə toqquşan “Mercedes” ikiqat oldu - VİDEO
Yasamalda qəza: “BYD” yolun ortasında aşdı - VİDEO
Salyanda ağır QƏZA: 1 ölü, 2 yaralı - VİDEO
Hövsanda qəza: “Prius” aşıb yolu bağladı - VİDEO
İsmayıllıda AĞIR QƏZA: Ölənlər var - FOTO - YENİLƏNİB











