Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO

Artıq bəzi suallar cavabsız qalmayacaq. Alıcı məhsulun üzərindəki etiketə baxaraq onun tərkibində allergen maddənin olub-olmadığını müəyyən edə biləcək. Burada isə əsas məsələ bu etiketlənmənin məcburi olmasıdır.
Allergiyaya səbəb ola biləcək qida məhsullarının siyahısına qlütenli taxıllar, süd və süd məhsulları, dəniz məhsulları, yumurta, yer fındığı və onlardan hazırlanan məhsullar, eləcə də çərəzlər daxildir.
Bəs belə məhsulların məcburi etiketlənməsi prosesinə nə zaman başlanılacaq?
2027-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək və sahibkarlıq subyektləri bu tarixədək öz məhsullarının etiketlərini həmin tələblərə uyğunlaşdırmalıdırlar. Bu, bir sıra məhsullarda qarşımıza çıxa bilər. İstər unlu qənnadı məmulatları, istər paketlənmiş, hazır, emal olunmuş qidalar olsun, istənilən qidada bu 14 allergen müxtəlif formalarda təzahür edə bilər.
Məqsəd istehlakçı hüquqlarının qorunması, allergiyası və ya həssaslığı olan şəxslərin məhsul alarkən etiketdə allergen maddələr barədə məlumatı görə bilməsinin təmin edilməsidir.
Qeyd edək ki, son rəqəmlərə görə, dünya əhalisinin 2,5 faizi qida allergiyasından əziyyət çəkir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












