İsmayıllıda avtomobil qəzasında bir nəfər ÖLÜB

Qəzalar 13 Sentyabr 2026 08:56
İsmayıllıda avtomobil qəzasında bir nəfər ÖLÜB
WhatsApp kanalımıza abunə olun

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, ötən gecə saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb, sərnişini, 31 yaşlı Münəvvər Abdullazadə isə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 122
ŞƏRH YAZ
Ad

E-mail

Şərh