İsmayıllıda "Mersedes" aşdı: 1 ölü, 3 yaralı

Muğanlı-İsmayıllı yolunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə saat 17:00 radələrində Girdiman çayı yaxınlığında qeydə alınıb. Qəbələ rayon sakininə məxsus 99-DH-036 dövlət nömrə nişanlı "Mersedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı Qəbələ rayon sakinləri: 1950-ci il təvəllüdlü Cəbrayılov Habil Məmməd oğlu, 1989-cu il təvəllüdlü Talıbov Elmar Atabala oğlu və 1985-ci il təvəllüdlü Muradov Tural Ağamurad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəbələ sakini 1974-cü il təvəllüdlü Niftəliyev Qəhrəman Dəyanət oğlu aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ












