"Jiquli" avtobusla toqquşdu: yaralılar var

Bakının Suraxanı rayonunun Qaraçüxur qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Etibar Bəkirov küçəsində baş verən qəzada sərnişin avtobusu ilə minik avtomobili toqquşub. 30 yaşlı Sergey Panovun idarə etdiyi “VAZ 2104” maraklı minik maşını sərt döngədə 104 saylı xətt üzrə hərəkət edən avtobusun yoluna çıxıb. Nəticədə “Jiquli” gəldiyi sürətlədə içtimai nəqliyyata çırpılıb.
Məlumata görə, avtobus xəttə olsa da, nəqliyyat vasitəsində sərnişin sıxlığı olmayıb. Qəza nəticəsində “Jiquli”nin sürücü ilə yanaşı avtobusda olan 45 yaşlı Natavan Ağayeva xəsarət alıb. Hər iki yaralı təcili tibbi yardımla xəstəxana aparılsa da, xəsarətləri ağır olan “VAZ”ın sürücüsü travmatologiya şöbəsinə yerlədirilib.
45 yaşlı xanım isə, ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Qəza ilə bağlı araşdırmalar Suraxanı rayon polis idarəsində aparılır. Hadisəyə səbəb kimi, “Jiquli”nin sürücüsünün sürət həddini aşması və sərxoş halda sükan arxasına keçməsi göstərilir.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ












