Keçmiş futbolçusu yarış zamanı öldü

"Spartak"ın və "Dinamo"nun sabiq futbolçusu Aleksandr Karakin Moskva yaxınlığında qəzaya uğrayaraq ölüb.
Avtosfer.az-ın xəbərinə görə, hadisə mayın 12-nə keçən gecə Minsk şossesinin 30-cu kilometrliyində, orada hər həftə keçirilən küçə yarışları zamanı baş verib. “Nissan GTR” markalı avtomobildə olan keçmiş futbolçu yüksək sürətlə idarəetməni itirərək dayanacağa çırpılıb, daha sonra isə yolun ortasına uçub.
Qəza nəticəsində 32 yaşlı Karakin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onu xilas edə bilməyib, keçmiş idmançı mayın 12-də səhər saatlarında dünyasını dəyişib. Operator da onunla birlikdə maşında olub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Karakin Moskva "Spartak"ının yetirməsidir. O, ağ-qırmızılıların və “Dinamo”nun gənclər komandalarında, həmçinin “Ximki”də çıxış edib. 2018-ci ildə Karakin peşəkar karyerasını başa vurub.
Lent.az
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO












