Lənkərandakı ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Noyabrın 15-də Lənkəran-Boradigah-Masallı yolunda, Girdəni kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Bu barədə TƏBİB-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, onlardan bir nəfər - 1957-ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova çoxsaylı qabırğa sınıqları ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.
Yüngül xəsarət alan digər 6 nəfərə isə xəstəxananın təcili tibbi yardım şöbəsində ilk tibbi yardım olunub. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, “QAZel” markalı yük maşını VAZ-21011 markalı minik avtomobili ilə toqquşub. Toqquşma nəticəsində Bərdə rayon sakini - 1984-cü il təvəllüdlü Ramin İsax oğlu Hüseynov, 1957-ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova, 2009-cu il təvəllüdlü Yasəmən Yasin qızı Şirinzadə, 1981-ci il təvəllüdlü Sevil Sabir qızı Hüseynova, 1980-ci il təvəllüdlü Sevinc Sabir qızı Hüseynova və Lənkəran rayon sakini - 1988-ci il təvəllüdlü Elmin Əli oğlu Rzayev, 1984-cü il təvəllüdlü Mirmayis Mətləb oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












