MiQ-29 təyyarəsinin təlim uçuşu zamanı qəzaya uğramasından 17 il keçir - FOTO

29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olublar.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan "MiQ-29" markalı döyüş təyyarəsi sahildən altı kilometr uzaqlıqda dənizə düşüb. Həmin gün Azərbaycan şahinləri - kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla baş verə biləcək daha dəhşətli faciənin qarşısını ala biliblər.

Təyyarənin qalıqları və pilotlardan Əfqan Aslanovun cəsədini dənizin dibindən bir ay sonra çıxarmaq mümkün olsa da, Fəxrəddin Əsgərovun nəşini tapmaq mümkün olmayıb.
Bacısı Kəmalə Vahidovanın sözlərinə görə, Əfqanın nəşi 29 gündən sonra tapılıb:
"Təyyarə havaya qalxdığı yerdən xeyli uzaqda, dənizin dibinə çox dərinə batmış halda tapılıb. Əfqanın cəsədi təyyarədə olub. Zərblə yerə çırpıldığı üçün bədənində sınmayan sümük qalmamışdı. Təyyarənin dəmirləri bütün bədənini doğramışdı. Üstəlik, cəsəd suda qaldığından tanınmaz vəziyyətə düşmüşdü. Digər pilot - Fəxrəddin Əsgərov isə deyilənə görə, son məqamda təyyarədən tullanıb. Amma onun da bu günədək nə ölüsü, nə dirisi tapılmayıb".

Qeyd edək ki, hadisədən 14 il sonra Fəxrəddin Əsgərova şəhidlik statusu verilib.
F.Əsgərov 31 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlib. Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərən, Azərbaycan bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olub. O, həm də dövrünün ən çox uçuş saatı olan pilotu olub. Xidmət müddətində, 24 iyun 2003-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə "Hərbi xidmətlərə görə", 25 iyun 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalları ilə təltif olunub.
Novxanı-Pirşağı yolunda ağır yol qəzası, ölən var
Vəsiqə olmadan moto sürən yeniyetmə 70 yaşlı qadını vurdu - VİDEO
Pirşağı yolunda ağır qəza: Maşınlardan biri aşdı, o biri isə ... - VİDEO
Zaqatalada yük maşını qaz xəttinə çırpıldı, bəzi ərazilər qazsız qaldı
Bakıda ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb oldu - VİDEO
Özünü maşının qarşısına atan skuter sürücüsü qəzadan belə xilas oldu - VİDEO
Sumqayıtda qəza: “Prius” beton arakəsməyə çırpıldı - VİDEO
Yasamalda zəncirvari qəza: Dörd taksi toqquşdu - VİDEO
"İnam 2019" şirkətinin hasarladığı ərazinin qəzaya səbəb olduğu iddia edilir - VİDEO
Qəfil yola çıxan velosipedli uşaq sürücüyə həyəcanlı anlar yaşatdı - VİDEO
Bakıda bahalı qəza: Beş avtomobil bir-birinə çırpıldı - VİDEO








