İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini açıqladı

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) poçt rabitəsi xidmətləri üzrə 2026-cı ilin III rübünə dair şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.
Avtosfer.az xəbər verir ki, hesabatda 2026-cı ilin iyul–sentyabr aylarında “E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi operatorlarına ünvanlanmış müraciətlər əsasında şikayət indeksi və operatorların müraciətlərə orta cavablandırma müddətləri təqdim olunur.
Şikayət indeksi hər bir poçt rabitəsi operatoru üzrə şikayətlərin xüsusi çəkisinin həmin operatorun poçt göndərişləri üzrə bazar payına nisbəti əsasında hesablanır. Bu göstərici operatorun bazardakı fəaliyyət həcmi nəzərə alınmaqla şikayətlərin nisbi intensivliyini müqayisəli şəkildə qiymətləndirməyə imkan verir.
Şikayətlərin xüsusi çəkisi operator üzrə daxil olmuş şikayətlərin ümumi şikayətlərin sayındakı payı, bazar payı isə operatorun həyata keçirdiyi poçt göndərişlərinin ümumi poçt göndərişlərindəki payı əsasında müəyyən edilir.
Hesabatda ayrıca olaraq operatorların “E-Şikayət” sistemi vasitəsilə daxil olan müraciətlərə orta cavablandırma müddəti də təqdim edilir. Bu göstərici operatorların müraciətlərə operativ münasibətini müqayisəli şəkildə qiymətləndirməyə imkan verir.
Şikayət indeksi və orta cavablandırma müddətlərinin mütəmadi ictimaiyyətə təqdim olunması poçt xidmətləri bazarında şəffaflığın və müqayisəliliyin artırılmasına, istifadəçilərin məlumatlandırılmasına və tənzimləmə prosesinin daha dolğun məlumatlarla dəstəklənməsinə xidmət edir.
Hesabatların açıq dərc olunması eyni zamanda bazar iştirakçıları üçün əlavə stimul yaradır, operatorları şikayətlərin səbəblərini təhlil etməyə, müraciətlərin cavablandırılması müddətlərini yaxşılaşdırmağa və xidmət keyfiyyətinə daha məsuliyyətli yanaşmağa təşviq edir.
Məlumat üçün bildirək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. 2024-cü ilin aprel ayından etibarən sistem vasitəsilə poçt rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna başlanılıb. Bu günədək sistem vasitəsilə poçt rabitəsi xidmətləri ilə bağlı 3 015 şikayət daxil olub.
İKTA poçt rabitəsi xidmətlərindən istifadə zamanı çətinliklə qarşılaşan şəxslərə ilk növbədə xidmət aldıqları operatorun rəsmi əlaqə vasitələrinə müraciət etməyi, məsələ həllini tapmadıqda isə “mygov” platforması üzərindən “E-Şikayət” xidmətindən istifadə etməyi tövsiyə edir.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












