Yanacaqdaşıyan avtomobildə yanğın oldu - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 10 ton olan “Ford” markalı yanacaqdaşıyan avtomobil yanacaq dolduran zaman partlayışın baş verdiyi və məntəqə ərazisində yüksək yanğın təhlükəsinin yarandığı müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mümkün yanğının qarşısı qısa müddətdə alınaraq böyük fəsadların yaranmasına imkan verilməyib və yanacaqdoldurma məntəqəsi yanğın təhlükəsindən qorunub.
Hadisə nəticəsində partlayış dalğasının təsirindən məntəqənin 1 ədəd yanacaqötürən pompası yerindən çıxıb, yanacaqdaşıyan avtomobilin yanacaq çəninin lyuku yerindən çıxaraq yaxınlıqdakı birmərtəbəli mebel satışı mağazasının 10m² sahədə ondulindən ibarət dam hissəsi və tavanını dağıdıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qadın sürücü yeniyetmə velosipetçini vurub xəstəxanalıq etdi - VİDEO
Həmin piyadanı vuran şəxs futbolçu imiş - FOTO - VİDEO
Avtomobil qəzasına görə matəm elan edildi - VİDEO
Yasamaldakı qəzada sürücü öldü - FOTO - VİDEO
Sabunçuda ağır qəza: Sərnişin avtobusu “Hyundai”la toqquşdu - VİDEO
Bakıda “Chevrolet” işıq dirəyinə çırpıldı, sürücüsü yaralandı - VİDEO
Lerikdə yük maşını dərəyə aşdı, ÖLƏN VAR - FOTO
Bakıda 3 ayda 21 piyadanı maşın vuraraq öldürüb - REAL VİDEO
Xəyal Rza ailəsi ilə birgə Göyçayda qəzaya düşdü - FOTOLAR
Zabratda “Prius”la toqquşan “VAZ” yararsız hala düşdü - VİDEO
Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşüb, 7 nəfər xəsarət alıb


















