“Prius” sürücüsü səbrsizliyi ilə qəzanın yanından ötdü - VİDEO

Səbrsiz “Prius” sürücüsü yol zolağına məhəl qoymaq istəmədi, qarşısındakı avtomobili keçərkən qəzanın eşiyindən döndü.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan olay Babək prospektində baş verib. Avtomobilin videoregistratorunda əks olan kadrlardan də bariz göründüyü kimi tıxacsız yolda yüksək sürətlə irəliləyən maşın qarşısındakı avtomobillərin varlığını heçə sayaraq önə keçmək istəyib. Arxadan gələrək önündəki nəqliyyat vasitələrinin arasına girən “Toyota Prius” markalı, 77-BO-457 dövlət nömrə nişanlı maşın sağ zolaqda hərəkət edən avtomobilin yanından bir neçə santimetrlik məsafə ilə keçib. Xoşbəxtlikdən bu dəfəlik yan ötməyi bacarsa da, videoya diqqətlə baxdığımızda avtomobillərin yan şüşələrinin cüzi şəkildə bir-birinə toxunduğunu görə bilərik. Eyni anda bir neçə qayda pozuntusu törədən sürücüyə bildirək ki, gələn dəfə bu “davranışa” əl atdığı zaman cərimələrdən əvvəl, həyatını ölümlə üz-üzə qoyduğunu unutmasın.
Nərmin Əkbər
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













