Belə maşınları yol kənarında görəndə diqqətli olun - Qapısı qəflətən açıla bilər - VİDEO

Bakıda baş verən qəza videosu nəzarət kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, yolun solunda dayanan “Ford Transit” markalı avtomobilin sürücüsü yük yerinin qapılarını açaraq yük boşaltmağa çalışıb. Hava küləkli olduğu üçün qapı tam açılıb və oradan keçən yük avtomobili onu vuraraq əzib. Nəticədə avtomobilin banı zədələnib.
Qeyd edək ki, yollarda yük avtomobillərinin, xüsusən də mağazalara məhsul daşıyan firma avtomobillərinin sürücüləri qapıları heç yerə bərkitmədən açıq qoyub yük boşaldırlar. Külək əsən kimi isə qapı öz-özünə hərəkət edərək sürücülərə və piyadalara təhlükə yaradır. “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində qeyd olunub ki, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Qanunvericiliyin bu müddəasına görə videodakı qəzada günah qapını vuran sürücüdə yox, qapını açaraq təhlükə yaradan sürücüdədir.
Leyla
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO












