Qaz balonu partladı - avtobus yandı - VİDEO

Mətbəxdə alovlanan qaz balonu, bir neçə metr aralıdakı avtobusu tanınmaz hala saldı. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, bu barədə izləyənləri dəhşətə gətirən bu görüntülər Çində lentə alınıb. Kafelərdən birində yanmağa başlayan qaz balonu ciddi fəsadlara yol açıb.
Restoranın aşpazı müştərilər üçün yemək hazırlayan vaxt gözləmədiyi vəziyyətlə üzləşib. Onun yandırmağa çalışdığı qaz balonu bir anda alovlanıb. Qaz sızmanın səbəb olduğu ani partlayış kifayət qədər güclü olub və yana aşan balon küçəyə doğru yuvarlanmağa başlayıb.
Silindir formalı balon diyirlənərək yol kənarında dayanmış avtobusun altına düşüb. Kafe işçisi yanmaqda olan qaz balonunu avtobusun altından çıxarsa da, iş işdən keçib. Alov avtobusa sıçradığından, nəqliyat vasitəsi də bir göz qırpımında yanmağa başlayıb.
Qaz balonunu söndürülsə də, avtobusu yanğından mühafizə etmək mümkün olmayıb. Qısa müddətdə alovlara qərq olan nəqliyyat vasitəsi tam yararsız hala düşüb. Qəzanın yeganə təsəlliverici məqamı ondan ibarətdir ki, olayda ölən və ya yaralanan olmayıb.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ












