"Qış parkı"nda HADİSƏ: 75 minlik avtomobili vurub... - FOTO

Bakıda avtomobil dayanacaqlarının birində 75 min manatlıq "Ford Mustanq" markalı avtomobili vuran şəxs hadisə yerindən qaçıb.
Avtosfer.az baku.ws-ə istinadən bildirir ki, barədə şikayətçi Xəlilov Mirheydər Elşən oğlu məlumat verib.
Hadisə "Qış parkı"nın alt hissəsində yerləşən parkinqdə qeydə alınıb.
Şikayətçinin sözlərinə görə, 17 noyabrda avtomobilinə baş çəkərkən onun əzildiyini və təqribən 600 manat civarında zərər dəydiyini aşkarlayıb: "Mən 2016-cı ildən ikinci avtomobilimi bu parkinqdə saxlayıram. Ancaq həftəsonları bu avtomobili idarə edirəm. Sonuncu dəfə 11 noyabrda avtomobilimə baxış keçirərkən heç bir əzik və vuruq olmayıb. Lakin 17 noyabrda yenidən avtomobilimə baxanda əzik və vuruqla rastlaşdım. Hadisədən sonra parkinqin müdriyyətinə çağırdım və onlar da avtomobilimin şəklini çəkdilər.
Lakin mənə heç bir cavab vermədikləri üçün parkinq rəhbərliyinin yanına getdim. Pərviz adlı şəxs məni başından etdi və avtomobilimə dəymiş ziyanın qarşılanacağı ilə bağlı müsbət söz demədi. Əksinə mənə dedi ki, get hara istəyirsənsə, şikayət elə".
Qeyd edək ki, 11 noyabr (vurulmamışdan əvvəl) və 17 noyabrda (vurulandan sonra) avtomobilinin görüntülərini təqdim edən şikayətçi "Qış parkı" parkinqi rəhbərliyinin ona qarşı ədalətsiz mövqe göstərdiyini bildirib.
![]()
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












