Qəzaya uğrayan helikopterin yanında və içində heç kəsi tapmadılar - FOTO

Rusiyanın Primorsk diyarının Tiqrovı kəndi yaxınlığında elektrik verilişi xəttində təmir işləri aparan fəhlələr Mi-2 helikopteri aşkarlayıblar.
Bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, artıq helikopterin sərt enişi ilə bağlı araşdırmaya başlanılıb. Qurum Mi-2-nin istismarının qanuniliyini və pilotun kvalifikasiyasını qiymətləndirəcək.
“İlkin olaraq müəyyən edilib ki, 2023-cü il mayın 9-da Mi-2 helikopteri Primorsk diyarının Anuçinski rayonunda ucqar əraziyə sərt eniş edib. Nəticədə helikopterin quyruq hissəsi zədələnib”, - deyə qurumdan bildirilib.
Prokurorluq helikopterdə və onun yaxınlığında ekipaj üzvlərini tapmadıqlarını, həmçinin insanların həyatına və sağlamlığına mümkün zərəri göstərən izlərin olmadığını bildirib.
Eniş zamanı helikopter “Transneft” stansiyasının elektrik xəttini kəsib, daha sonra pilot yoxa çıxıb.
Qeyd edilir ki, xətdəki qəza mayın 9-da məlum olsa da, hadisə yerinə ancaq iki gün sonra getmək mümkün olub. Polis hava gəmisinin özəl təhlükəsizlik şirkətinə məxsus olduğunu öyrənib, pilotun 64 yaşlı Vladivostok sakini Viktor Q. olduğunu müəyyən edib. Pilot axtarışdadır
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













