Rusiyada təyyarə qəzası zamanı katapult edən pilotun cəsədi tapıldı - VİDEO

Rusiyanın Stavropol diyarında qəzaya uğrayan “Tu-22M3” təyyarəsinin ekipaj üzvlərindən birinin cəsədi tapılıb.
Bu barədə Stavropol vilayətinin rəhbəri Vladimir Vladimirov məlumat yayıb.
O əlavə edib ki, hazırda dördüncü ekipaj üzvünün axtarışları davam etdirilir.
Xatırladaq ki, hadisə zamanı katapult edən dörd pilotun ikisi axtarış-xilasetmə qrupu tərəfindən təxliyə edilib və onlar xəstəxanaya yerləşdiriliblər.
09:04
Rusiyanın Stavropol vilayətinin Krasnoqvardeyski rayonu ərazisində təyyarə qəzası baş verib.
Bu barədə Stavropol vilayətinin rəhbəri Vladimir Vladimirov özünün “Telegram” kanalında məlumat verib.
“Təyyarə tarlaya düşüb, əldə etdiyimiz son məlumata görə, dağıntı və ölüm olmayıb, pilotlar katapult ediblər”, - o bildirib.
V.Vladimirov artıq iki pilotun tapıldığını da əlavə edib:
“Onlar sağdırlar, xəstəxanaya çatdırılıblar”.
oxu.az
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu












