Saatda 300 km sürətlə qəza törədən motosikletçi sağ qaldı - MÖCÜZƏ

Saatda 299 km sürətlə hərəkət edən və qəzaya düşən motosikletçi sağ qalıb.
Avtosfer.az bildirir ki, Almaniyanın Middle Frankoniya bölgəsinin polisi möcüzə ilə bitən heyrətamiz hadisəni açıqlayıb. Unikal hadisəni təsdiqləmək üçün alman hüquq-mühafizə orqanları sosial şəbəkələrdə motosikletçinin dəbilqəsinə bərkidilmiş kameradan qəzanın videosunu dərc ediblər.
Açıqlamada qeyd olunur ki, A9 şossesində yol-nəqliyyat hadisəsi baş verib. Saatda 299 km sürətlə nəqliyyat vasitəsini idarə olunan motosikler hasara çırpılıb.
Polis qəza nəticəsində dəyən ümumi zərərin 29 min avro təşkil etdiyini iddia edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə edib ki, sürücülərə yüksək sürətlə avtomobil sürməyin və yol hərəkəti qaydalarını pozmağın necə nəticələnəcəyini nümayiş etdirmək üçün ağır qəzaların videogörüntülərini dərc etmək qərarına gəliblər. Almaniya polisinin məlumatına görə, təkcə 2023-cü ilin birinci yarısında Bavariyada 40 motosikletçi ölüb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur.
Lent.az
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












