Sabirabadda qəza magistral yolda tıxac yaratdı - FOTO

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı magistral yolda tıxac yaranıb. Təxminən 1 saata yaxın avtomobillərin hərəkəti qəza səbəbindən məhdudlaşıb.
Yol qəza hadisəsi günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayon Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin yanacaq daşıyan digər bir avtomobillə toqquşması nəticəsində hadisəyə səbəb olan yük avtomobili əks istiqamətdə hərəkətdə olan və Azərpoçt MMC-yə məxsus avtomobilin qarşısına çıxıb. Nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb.
Qeyd edək ki, qəza səbəbindən magistral yolda böyük tıxac yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub və hərəkət bərpa olunub.
Faktla bağlı araşdırma aparılır. (apa)
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ













