Salyanda yük maşını ilə mikroavtobus toqquşdu, çox sayda yaralı var - FOTO - YENİLƏNİB

Salyanda qəza zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə köhnə Ələt-Astara magistralının rayonun Aşağı kürkənd kəndi ərazisindən keçən hissəisndə qeydə alınıb.
Belə ki, mikroavtobus yük maşını ilə toqquşub və nəticədə 11 nəfər xəsarət alıb.
Yaralıların ad və soyadları aşağıdakı kimidir -
Zalıyev Səbuhi Rüfət oğlu-2003-cü il təvəllüdlü
Məlikzadə Fərid Xalıq oğlu-2008-ci il təvəllüdlü
Məmmədova Aynur Mirzağa qızı-1997-ci il təvəllüdlü
Məlikova Elnurə Xoşbəxt qızı-1990-cı il təvəllüdlü
Səmədova Xanım Etibar qızı-2000-ci il təvəllüdlü
Əkbərova Nübar Alışalı qızı-1991-ci il təvəllüdlü
Hətəmova Fatimə Xalıq qızı-1999-cu il təvəllüdlü
Mikayılova Püstəxanım Hafiz qızı-1994-cü il təvəllüdlü
Bağırlı Səbinə Zülfüqar qızı-1991-ci il təvəllüdlü
Məmmədova Mələk Azad qızı-2017-ci il təvəllüdlü
Məmmədova Nuray Azad qızı-2018-ci il təvəllüdlü
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. (report)
***
Salyan rayonunda baş verən yol qəzası ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasına 11 nəfər (2-si kişi cinsi, 9-u qadın cinsi olmaqla) yerləşdirilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Xəbərə görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq şöbələrə yerləşdirilib, onlara zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsində 2 nəfərin müalicəsi davam etdirilir. 1-nin vəziyyəti kritik ağır, 1-nin vəziyyəti isə orta ağır qiymətləndirilir. (apa)
***
Salyanda yol qəzası baş verib.
Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, yeni salınan yolda yük maşını ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlarlardan 3 nəfərin Salyandakı “ASAN xidmət”in əməkdaşları olduğu bildirilir.
Xəsarət alınlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Onların əksəriyyəti ambulator yardım aldıqdan sonra evə buraxılıb. Xəsarət alanlardan birinin - 15 yaşlı yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (apa)
***
Salyanda baş verən yol qəzasında xəsarət alanlar var.
Hadisə köhnə Ələt-Astara magistralının rayonun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Mikroavtobusun yük maşını ilə toqquşması ilə nəticəsində 11 nəfər xəsarət alıb.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (report)
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO














